http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qızıl və pul oğurlayanlar tutuldu

01 Avqust 2023 , 09:37
Qızıl və pul oğurlayanlar tutuldu

İyulun 28-də İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olaraq oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat pul oğurlayaraq sonuncuya 9000 manatdan çox maddi ziyan vurublar.

Oğurluq yolu ilə ələ keçirdikləri qənimətlərin əksəriyyətini dəyərindən ucuz qiymətə satan həmin şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Qızılların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

XƏBƏR LENTİ
  • 09:20

    Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
  • 09:17

    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Menyu