Menyu

Şabranda avtoxuliqanlıq edən şəxs həbs edilib

Gozel Həşimova
Şabranda avtoxuliqanlıq edən şəxs həbs edilib

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon sakini Fizuli Qəniyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub, eləcə də törətdiyi əməlləri sosial şəbəkələrdə  paylaşıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fizuli Qəniyev  həbs edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər