http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Göyçayda qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

01 Avqust 2023 , 11:15
Göyçayda qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən ağac emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz yolla əldə edilmiş 4,6 m³ həcmində işlik meşə materialı müəyyən edilib.

Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Operativ Media"ya bildirib ki, Cülyandakı ağac emalı sexinin vətəndaş Tural Xəlilova, Çayarxıdakı ağac emalı sexinin isə Ədalət Qasımova məxsus olduğu üzə çıxıb.

“Faktlarla bağlı ağac emalı sexlərinin sahibləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - deyə o qeyd edib.

B.Məhəmmədovun sözlərinə görə, İsmayıllı rayonununda qanunsuz fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına məktub göndərilib. Göyçay rayonundakı sexdə aşkarlanmış işlik meşə materiallarının necə əldə olunması ilə bağlı isə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu