Menyu

Tovuzda vətəndaşın evini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Gozel Həşimova
Tovuzda vətəndaşın evini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ildə rayonun Bozalqanlı kənd sakininə məxsus fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən Eldar Şəmşəddinov saxlanılıb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Şəxs ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki bir neçə fermadan müxtəlif dəmir konstruksiyaları oğurlamaqda şübhəli bilinən, rayonun Qovlar şəhər sakinləri, Siruz Ələsgərov, Elçin Atakişiyev və Əzəmət Hacıyev də saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqlar metalları satdıqlarını bildirilər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər:

"Tovuzda vətəndaşın evini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb"

Fotogalereya

Əlaqəli Xəbərlər