Menyu

Astarada 71 yaşlı kişi öldürülüb, oğlu saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB

Gozel Həşimova
Astarada 71 yaşlı kişi öldürülüb, oğlu saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB

Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə "Operativ Media"ya Astara Rayon Prokurorluğundan məlumat verilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***

Astarada atasını öldürməkdə şübhəli bilinən və qaçan oğlu saxlanılıb.

***

Avqustun 1-də saat 10 radələrində Astara  rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib  ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu,  1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

Teqlər:

"Astarada 71 yaşlı kişi öldürülüb oğlu saxlanılıb cinayət işi başlanılıb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər