http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Lənkəranda 6 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub

01 Avqust 2023 , 12:07
Lənkəranda 6 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lənkəranda tədbirlər həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub.

Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulması), 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə), 253.4-cü (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə) maddəsinin tələblərini pozan ümumilikdə 8 fiziki, 6 vəzifəli şəxs, o cümlədən Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi, ərazi üzrə iki bələdiyyənin sədri, çimərlik və digər müxtəlif iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu