http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan vətəndaşları bu gecə Super Ay astronomik hadisəsini müşahidə edə biləcək

01 Avqust 2023 , 20:52
Azərbaycan vətəndaşları bu gecə Super Ay astronomik hadisəsini müşahidə edə biləcək

2023-cü ilin avqustunda Yer kürəsinin sakinləri iki dəfə Super Ay astronomik hadisəsini müşahidə edə biləcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Məlumata görə, Tam Ay fazası Ay perigeydə (Yerə ən yaxın məsafədə) və ona yaxın nöqtələrdə olursa, bu zaman Super Ay hadisəsi müşahidə edilir. Bu zaman Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14% böyük, 30%-ə yaxın parlaq görünür.

1-ci Super Ay hadisəsi avqustun 1-dən 2-nə keçən gecə müşahidə olunacaq. Ay avqustun 1-i Bakı vaxtı ilə saat 22:33-də Dolu (Tam) ay fazasında, avqustun 2-si saat 09:53-də isə perigeydə olacaq. Bu hadisələr arasındakı fərq 11 saat 20 dəqiqə təşkil edəcək. Perigeydə Aya qədər məsafə 357309 km olacaq.

Qeyd edək ki, Super Ay hadisəsini Azərbaycan ərazisində saat 20:19-dan başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.

2-ci Super Ay hadisəsi avqustun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq. Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.

Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə, 2-ci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, Mavi Ayı görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək 2-ci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə “Bernetto” şirkətini yenidən cərimələyib

Məhkəmə “Bernetto” şirkətini yenidən cərimələyib

Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib

Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib

AZAL-dan aviabiletləri artıq 6 aylıq faizsiz taksitlə əldə etmək mümkündür

AZAL-dan aviabiletləri artıq 6 aylıq faizsiz taksitlə əldə etmək mümkündür

XƏBƏR LENTİ
  • 15:15

    İrəvan sərhədlərin delimitasiyası komissiyalarının işi haqqında əsasnamənin nəzərdən keçirilməsini başa çatdırıb
  • 15:12

    Məhkəmə “Bernetto” şirkətini yenidən cərimələyib
  • 15:11

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib
  • 14:58

    Energetika naziri “Wind Energy Hamburg” tədbirində iştirak edib
  • 14:54

    Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb
  • 14:42

    Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
  • 14:40

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 558-ə yüksəlib
  • 14:37

    Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb
Menyu