Qubada qanunsuz kömür quyuları aşkar edilib
Nərmin Qocamanlı
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qanunsuz kömür istehsal edənlərin rayonun Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşov olduqları müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net