http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Təhsil müəssisəində aşkar edilmiş faktlara dair cinayət işi başlanıb

02 Avqust 2023 , 15:51
Təhsil müəssisəində aşkar edilmiş faktlara dair cinayət işi başlanıb

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı təhsil müəssisəsində 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin dərs saatları tədris etməsi və faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, müvafiq laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslərin işə götürüb əmək haqqı verilməsi yol ilə dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla, həmçinin, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu