http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Binəqədi rayonunda sudan qeyri-qanuni istifadə halı aşkarlanıb

02 Avqust 2023 , 16:31
Binəqədi rayonunda sudan qeyri-qanuni istifadə halı aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.

Qurumdan "Operativ Media"ya verilən məlumata görə, Binəqədi rayonu, Zəngəzur küçəsində sahibkara məxsus tikilməkdə olan 7 apartman tipli binanın içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkarlanıb. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən sahibkarlıq məqsədilə binaların tikintisində istifadə edir. Üstəlik həmin apartmanlar və ətrafdakı fərdi yaşayış evləri texniki şərt alınmadan tullantı su şəbəkəsinə qoşulub. Aparılan nəzarət tədbirləri zamanı Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 6-cı döngədə bir sahibkara məxsus “Fədək bağı” meyvə-tərəvəz satışı və ət kəsimi məntəqəsində texniki şərt almadan, müqavilə bağlamdan sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və ayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 8899, Binəqədi rayonunda isə 1785 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu