Menyu

“Kapital Bank"ın adi səhmdarlarının sayı 3 % artıb

Nərmin Qocamanlı
“Kapital Bank"ın adi səhmdarlarının sayı 3 % artıb

Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin 199 adi və 77 imtiyazlı səhmdarı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, son 1 ildə "Kapital Bank"ın adi səhmdarlarının sayı 6 vahid və yaxud 3,1 % artıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.

Adi səhmdarların sayında artım səhm sahibi olan fiziki şəxslərin sayının 5 nəfər və yaxud 2,6 % artaraq 197-ə, hüquqi şəxslərin sayının isə 2 dəfə artaraq 2-yə çatması ilə bağlıdır. İmtiyazlı səhmlər isə ötən il iyulun 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.

 

Teqlər:

"“Kapital Bank\"ın adi səhmdarlarının sayı 3 % artıb"

Əlaqəli Xəbərlər