Menyu

Belçikada itkin düşmüşNizami Məmmədov Azərbaycana gətirilib (FOTO)

Belçikada itkin düşmüşNizami Məmmədov  Azərbaycana gətirilib (FOTO)

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı Nizami Məmmədov Vətənə gətirilib.

"Operativ Media" "APA"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Nizami Məmmədovun Azərbaycana göndərilməsi prosesi uğurla başa çatıb.

Xatırladaq ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.

Nizami Məmmədovun yeri müəyyən edildikdən sonra səfirlik əməkdaşları ilə söhbət zamanı o, valideynlərinin yanına qayıtmaq istəməsə də, sonradan Azərbaycan gəlməyə razılıq verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər