Menyu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

Nərmin Qocamanlı
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

Avqustun 2-də gecə saatlarında Türkan qəsəbəsindəki çimərlikdən “Ford” markalı avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Məmmədov Maştağa qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin  qaçırılması barədə polisə məlumat daxil olub. 
Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub. 
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. 

Binəqədi rayonunda isə motosiklet oğurlamaqda şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Belə ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 1-də Binəqədi qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Xəlilinin “Tufan M50” markalı motosikletini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Hər üç faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar"

Əlaqəli Xəbərlər