İmişlidə mağazadan 2575 manatlıq tütün məmulatı oğurlanıb
Nərmin Qocamanlı
İmişlidə mağazadan 2575 manatlıq tütün məmulatı oğurlanıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net