http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA və “Rosselxoznadzor” arasında bir sıra məsələlər müzakirə edilib

03 Avqust 2023 , 22:23
AQTA və “Rosselxoznadzor” arasında bir sıra məsələlər müzakirə edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.

AQTA-dan "Operativ Media"ya bildirilib ki, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak edib.

Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.

“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər. AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində Agentliyə göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu