Menyu

Bərdədə subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb

Nərmin Qocamanlı
Bərdədə subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb

Məlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.

Teqlər:

"Bərdədə subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb"

Əlaqəli Xəbərlər