Menyu

Nərimanovda terminaldan oğurluq etmək istəyən şəxslər tutulub

Nərmin Qocamanlı
Nərimanovda terminaldan oğurluq etmək istəyən şəxslər tutulub
1 dəq oxu

Nərimanov rayonunda yeraltı keçiddən ödəmə terminalı oğurlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər