Bakı sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb
Nərmin Qocamanlı
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri 35 yaşlı Fizuli Qafarov və 34 yaşlı Rəşad Ağamalıyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə R.Ağamalıyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb.
Araşdırma aparılır.
Teqlər:
"Bakı sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb"