http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında müəssisələrin qeydiyyatı ilə bağlı görüş olub

04 Avqust 2023 , 11:07
AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında müəssisələrin qeydiyyatı ilə bağlı görüş olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak ediblər.

Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.

“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu