Binəqədidə yanğınla bağlı avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 2
Yanğınla bağlı Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
***
11:58
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Operativ Media"ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
11:36
Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə "Operativ Media"ya NİİM-dən məlumat verilib.
"Sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir", - məlumatda qeyd edilib.