Menyu

Kursantların düşərgə toplanışı davam edir - VİDEO

Redaksiya
Kursantların düşərgə toplanışı davam edir - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantların çöl şəraitində keçirilən düşərgə toplanışında praktiki tədris məşğələləri davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, təlim-atış poliqonunda müxtəlif çaplı atıcı silahlardan gecə və gündüz şəraitində şərti düşmən hədəflərinin yerindən məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışında qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək fəallıq nümayiş etdirirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər