Menyu

Saxta əsginasa görə bir nəfər saxlanılıb

Redaksiya
Saxta əsginasa görə bir nəfər saxlanılıb

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki,  polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb. 

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir. 

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər