http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ucarda çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb

05 Avqust 2023 , 08:53
Ucarda çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən çöllük ərazidə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Bərgüşad kənd sakini Əmiraslan Məcidli və onun qohumu, Göyçay rayonunun Cəyirli kənd sakini  Tural Məcidov  çətənə bitkilərinə qulluq edən zaman “iş başında” yaxalanıblar. Bu zaman hər iki şəxs məsuliyyətdən yayınmaq üçün həmin ərazidən qaçmağa cəhd etsələr də onların bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Həmin əraziyə keçirilən baxış zamanı isə yaş çəkisi 58 kiloqrama yaxın olan 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Aşkar olunan faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, Ə.Məcidli və T.Məcidov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

XƏBƏR LENTİ
  • 11:15

    "Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı
  • 10:41

    Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq
  • 10:38

    Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür
  • 10:34

    Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək
  • 10:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
  • 10:28

    İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
Menyu