Menyu

Bakıda sexdə yanğın baş verib

Əziz Əzizli
Bakıda sexdə yanğın baş verib
1 dəq oxu

Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər