Menyu

Zərdabda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Zərdabda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar.
Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək, təbiətə 10000 manatdan çox ziyan vurublar.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər