Xırdalan şəhərində oğurluq edən şəxs saxlanılıb
Əziz Əzizli
Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bilal Əsədov saxlanılıb.
Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net