Bərdədə narkotik maddə satan şəxs tutulub
Əziz Əzizli
Bərdədə keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Bakı şəhər sakini İlqar Cavadov əvvəlcədən əlbir olduğu Məhəmməd adlı şəxslə birlikdə Bərdə rayonuna gələrək onlara deyilən ərazidən narkotik vasitə olan 8 kiloqrama yaxın marixuana götürüblər. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla İlqar Cavadov saxlanılıb. O, narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib. Əməliyyatın davamı olaraq onun əlbir olduğu Məhəmməd Abdullayev də Bakı şəhərində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdımalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net