Menyu

Kürdəmirdə ət kəsimi və satış məntəqələrində monitorinq keçirilib

Əziz Əzizli
Kürdəmirdə ət kəsimi və satış məntəqələrində monitorinq keçirilib

Sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib. 

Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər