Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığan şəxs həbs edilib
Nərmin Qocamanlı
Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməlindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat ver bilərlər. Araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma