ANAMA: Azad olunmuş ərazilərdən son həftədə daha 224 mina aşkarlanıb
Nərmin Qocamanlı
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.07.2023 - 06.08.2023) açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 194 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma