http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Məclis bir sıra əmlakların vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək

07 Avqust 2023 , 20:17
Milli Məclis bir sıra əmlakların vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək

Milli Məclis müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək.

"Operativ Media" xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Vergi Məcəlləsinin müvafiq maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxıb və qərar qəbul edib.

Qərara əsasən, Vergi Məcəlləsinə görə, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan tərəfindən əldə edilmiş və amortizasiya olunmayan maddi aktivlərə daxil edilməyən ipoteka predmeti olan əmlak vergitutma obyektinə aiddir.

Eyni zamanda qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla ipoteka saxlayan müəssisənin məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan tərəfindən əldə edilmiş, lakin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətində istifadə edə bilmədiyi, qanunvericiliklə özgəninkiləşdirilməli olan əmlaklara münasibətdə əmlak vergisinin tətbiqi şərtləri və qaydalarının tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

OXŞAR XƏBƏRLƏR
Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub

Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb

Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

XƏBƏR LENTİ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
Menyu