http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sabirabadda narkotik dövriyyəsinə görə 13 nəfər tutulub

08 Avqust 2023 , 09:18
Sabirabadda narkotik dövriyyəsinə görə 13 nəfər tutulub

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Dindirilmə zamanı P.Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşı tərəfindən sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb

Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub.

Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Lavrov: Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
Menyu