Menyu

Ötən gün axtarışda olan 133 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 133 nəfər saxlanılıb

Avqustun  7-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 56 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün axtarışda olan 133 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər