Menyu

Sabahın hava proqnozu

Nərmin Qocamanlı
Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Teqlər:

"Sabahın hava proqnozu"

Əlaqəli Xəbərlər