Menyu

Göyçayda 50 yaşlı kişi döyülərək aldığı xəsarətlərdən ölüb

Nərmin Qocamanlı
Göyçayda 50 yaşlı kişi döyülərək aldığı xəsarətlərdən ölüb

1970-ci il təvəllüdlü Göyçay rayon sakini Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı  R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun  ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 
Faktla bağlı cinayət işi başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər