http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“1 000 yeni avtobus sürücüsü” layihəsinin icrasına başlanılıb

08 Avqust 2023 , 16:15
“1 000 yeni avtobus sürücüsü” layihəsinin icrasına başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “1000 yeni avtobus sürücüsü” layihəsinin icrasına başlayıb.

"Operativ Media" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, layihənin məqsədi koronavirus (COVID-19) pandemiyasından sonra ictimai nəqliyyatda yaranmış kadr çatışmazlığı problemini həll etmək, xəttə çıxarılan avtobusların sayını artırmaq və əmək bazarına töhfə verməkdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və işəgötürənlərlə görüş keçirilib, mövcud vəziyyət təhlil edilib. Layihə çərçivəsində ictimai nəqliyyat sektoru üçün 1 000 sürücü ilə təlim təşkil edilməsi nəzərdə tutulub. Daşıyıcı şirkətlərlə danışıqlar aparılıb və təlimləri uğurla başa vuracaq sürücülər üçün 700 iş yeri barədə razılıq əldə edilib.

Təlimdən yararlanmaq üçün müvafiq sürücülük kateqoriyasına malik olan şəxslər müraciət edə bilər. İştirakçılara avtobusların idarə edilməsi, təhlükəsizlik tədbirləri və sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi mövzuları aşılanacaq. Praktiki məşğələlər mürəkkəb şəraitdə avtobusları idarə etmək təcrübəsinin inkişaf etdirilməsinə imkan verəcək. İştirakçılar avtomobil nəqliyyatı ilə sərnişindaşımada normativ hüquqi aktlar, sürücülərə və avtobuslara dair ümumi tələblər, davranış mədəniyyəti və hərəkətin təhlükəsizliyi kimi mövzularda biliklər əldə edəcəklər. Həmçinin onların psixoloji vəziyyəti və stressin öhdəsindən gəlmək bacarıqları təkmilləşdiriləcək. Simulyasiyalar iş yerində təhlükəsizlik protokollarına riayət etməyi təşviq etmək və onlara müxtəlif fövqəladə vəziyyət ssenarilərində necə hərəkət etməyi öyrətmək üçün aparılacaq.

Hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim və təlim ustalarının iştirakı ilə keçiriləcək. Hazırlığı müvəffəqiyyətlə bitirənlərə etibarlılıq müddəti 5 il olan şəhadətnamə təqdim ediləcək.

Təlimlərdə iştirak etmək istəyənlər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Menyu