Menyu

Sabirabadda itkin düşən şəxsin cəsədi Kür çayından tapılıb

Nərmin Qocamanlı
Sabirabadda itkin düşən şəxsin cəsədi Kür çayından tapılıb

Avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub.  

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Teqlər:

"Sabirabadda itkin düşən şəxsin cəsədi Kür çayından tapılıb"

Əlaqəli Xəbərlər