Menyu

Binə qəsəbəsində avtomobil qaçıran şəxs tutulub

Nərmin Qocamanlı
Binə qəsəbəsində avtomobil qaçıran şəxs tutulub

Avqustun 7-də saat 23 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış sahəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əkbər Kərimov və sərnişini Vüqar Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.

Araşdırma aparılır.

Teqlər:

"Binə qəsəbəsində avtomobil qaçıran şəxs tutulub"

Əlaqəli Xəbərlər