Menyu

Coratda qadın ərini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir

Nərmin Qocamanlı
Coratda qadın ərini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir

Avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya bildirilib ki, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Coratda qadın ərini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir"

Əlaqəli Xəbərlər