Menyu

İsti hava şəraiti nə vaxta qədər davam edəcək?

Nərmin Qocamanlı
İsti hava şəraiti nə vaxta qədər davam edəcək?
1 dəq oxu

Avqust ayının ortalarınadək ölkə ərazisində isti hava şəraiti davam edəcək.

"Operativ Media" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, bəzi yerlərdə 41-42 dərəcə, bölgələrdə 37-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq ərazilərdə isə 29-34 dərəcəyədək isti olacağı gözlənilir.

 

Əlaqəli Xəbərlər