http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Valideynlər paytaxt ərazisində məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər

09 Avqust 2023 , 14:35
Valideynlər paytaxt ərazisində məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.

Bu barədə "Operativ Media"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər. Eyni zamanda, məktəbli formalarının satış məntəqələri ilə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb, satış məntəqələrinin ünvanları qeyd olunub.

Nazirlər Kabinetinin sözügedən qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu