Menyu

Dövlət Komitəsinin sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

Nərmin Qocamanlı
Dövlət Komitəsinin sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək
1 dəq oxu

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 15-də Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşəcək.

"Operativ Media" xəbər verir ki, qəbul saat 15:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, chairman@scwra.gov.az, dk-tovuz@scwra.gov.az) xahiş olunur.

Əlaqəli Xəbərlər