http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

09 Avqust 2023 , 15:19
İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Martın 31-i Daşkəsən rayon sakinləri 1946-cı il təvəllüdlü Pəri Məmmədova və 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovun yaşadıqları evdə öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Daşkəsən rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 1983-cü il təvəllüdlü Şahin Ələsgərovun onunla eyni qəsəbədə yaşayan tanışları Pəri Məmmədova və onun əri Məhərrəm Məmmədovun yaşadıqları evə gəlib onlara küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahin Ələsgərova Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi quldurluqla əlaqədar öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu