Menyu

İki rayonda qanunsuz tikintilərin qarşısı alınıb

Nərmin Qocamanlı
İki rayonda qanunsuz tikintilərin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Belə ki, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində vətəndaş tərəfindən müvafiq icazəverici sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

Bundan başqa, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.

Teqlər:

"İki rayonda qanunsuz tikintilərin qarşısı alınıb"

Əlaqəli Xəbərlər