Menyu

Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirilib

Nərmin Qocamanlı
Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirilib

Sürücülərin çoxsaylı müraciətindən sonra Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aidiyyəti dövlət qurumları ilə birgə Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə NİİM-dən bildirilib

Belə ki, Bakı İdman Sarayının yaxınlığında yerləşən piyada keçidi əvvəllər həm sürücülər, həm də piyadalar üçün problem yaradırdı. Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər, Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdılar. Nəticədə də piyadalar üçün təhlükəli vəziyyət yaranırdı. Hazırda isə həmin ərazidə fərqli mənzərə yaşanır. Piyadaların və sürücülərin təhlükəsizliyi məqsədilə həmin piyada keçidinin və keçidi tənzimləyən işıqforların yeri Dövlət Bayraq Meydanı istiqamətinə, bir neçə metr irəliyə köçürülüb.

Bununla da yolda nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər