Menyu

Şəkidə bələdiyyə sədri barəsində protokol tərtib olunub

Nərmin Qocamanlı
Şəkidə bələdiyyə sədri barəsində protokol tərtib olunub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər