http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Paralimpiya Komitəsinin prezidenti milli komandanın üzvləri ilə görüşüb

10 Avqust 2023 , 20:27
Paralimpiya Komitəsinin prezidenti milli komandanın üzvləri ilə görüşüb

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev üzgüçülük üzrə milli komandanın üzvləri ilə görüşüb.

MPK-dan "Operativ Media"ya verilən məlumata görə, baş məşqçi Alavərdi Culfayev, idmançılar və onların şəxsi məşqçilərinin iştirak etdiyi görüşdə Komitə prezidenti dünya çempionatının yığma üçün uğurlu keçdiyini bildirib. O yarışlarda medal və Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik edib.

Paralimpiya oyunlarına az vaxtın qaldığını vurğulayan H. Abdullayev qeyd edib ki, bu müddət ərzində hazırlıqlar daha intensiv və məqsədli olmalıdır. O, komanda üzvlərinin qarşıdakı yarışlara hazırlığı və psixoloji vəziyyəti ilə maraqlanıb.

A. Culfayev dünya çempionatının gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, komandanın qarşıya qoyulan əsas hədəflərə nail olduğunu qeyd edib.

Daha sonra növbəti yarışlara hazırlıqla bağlı müzakirələr aparılıb, Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilmiş dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Eyni zamanda, idmançılar Raman Saley və Vəli İsrafilov Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu