11 Avqust 2023, 12:03
Qarabağda və Şərqi Zəngəzurda “AzStateNet” şəbəkəsinin qurulması davam etdirilir
Qarabağda və Şərqi Zəngəzurda “AzStateNet” şəbəkəsinin qurulması davam etdirilir şəkil
Qarabağda və Şərqi Zəngəzurda “AzStateNet” şəbəkəsinin qurulması davam etdirilir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində “AzStateNet” şəbəkəsinin qurulması işlərini davam etdirir.

Bu barədə "Operativ Media"ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, cari ilin ötən dövründə həmin ərazilərdə fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub. Şəbəkəyə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcək.

Son xəbərlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb