http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Məleykə Abbaszadə: III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb

11 Avqust 2023 , 12:12
Məleykə Abbaszadə: III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb

III qrupda keçən illə müqayisədə yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, III qrupda 150 baldan yuxarı nəticə toplamış abituriyentlər bir sıra ixtisasları seçə bilərlər: “Bunlar Muzey, Arxiv işi, Abidələrin qorunması, Sosial İş, Regionşünaslıq (regionlar üzrə) ixtisaslarıdır”.

O bildirib ki, bu yerlərin ümumi sayı 2895-dir: “Bildiyiniz kimi beynəlxalq fənn olimpiyadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunur, lakin II və III qrupda belə şəxslər yoxdur. Buna baxmayaraq respublika fənn olimpiyadalarının qalibləri olan 13 nəfər ixtisas seçə bilərlər. Tarix üzrə 10, Azərbaycan dili üzrə 3 nəfər qalib bizə müraciət etmişdi, lakin sonra onlardan biri imtina etdi. Artıq həmin şəxslərin seçdikləri ixtisaslar bəllidir. 11 nəfər III, 1 nəfər isə II qrup üzrə ixtisas seçib. 5 nəfər tarix müəllimliyini (4-ü BDU, 1-i Xəzər), 3 nəfər Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını, 3 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimliyini (2 nəfər BDU, 1 nəfər NDU), 1 nəfər isə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçib".

DİM sədri onu da qeyd edib ki, III qrupda DT altqrupu üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı 14635 nəfərdir, ümumi plan yerləri 14 292-dir: "Onlardan dövlət sifarişli yerlər 4045, III qrupda 430 baldan yuxarı nəticə toplayanlar isə 4366 nəfərdir. Deməli III qrupun DT altqrupunda dövlət sifarişli yerləri əsasən 430 baldan yuxarı şəxslər seçə bilər".

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu