Menyu

AAYDA: Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Nərmin Qocamanlı
AAYDA: Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Operativ Media" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.

Teqlər:

"AAYDA: Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq"

Əlaqəli Xəbərlər